“Yanardağ”a giriş qiymətləri açıqlandı

13.06.2019 13:48

"Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb.

XəzərXəbər-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.

Onun sözlərinə görə, "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq:

"Xarici vətəndaşlar üçün qoruğa giriş doqquzmanat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün birmanat, məktəblilər üçün isə pulsuz olacaq. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.

Fuad Nağıyev qeyd edib ki, gün ərzində "Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:

"Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində "Yanardağ”la bağlı məlumatlar olacaq”.

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

17.06.2019 12:48

“PSJ” Neymarı satır?

ÇOX OXUNANLAR