Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hulusi Akar: Türkiyə, Azərbaycan və Gürcüstanın birgə çalışması böyük önəm kəsb edir

12.06.2019 16:09

Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələri var. Qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək.

Bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar deyib.

Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar qeyd edib ki, üç ölkənin birgə çalışması böyük önəm kəsb edir. Müdafiə sahəsində imzalanan əməkdaşlıq memorandumunun çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik.

Bu gün keçirilən görüşdə tərəflərin mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdiklərini deyən H.Akar bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir. (AZƏRTAC)

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR