Zakir Həsənov: Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub

12.06.2019 15:49

Azərbaycan, Türkiyə və Gürcüstanın digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf edir.

Bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Zakir Həsənov bildirib ki, görüşdə 3 qonşu, dost dövlətin Müdafiə nazirlərinin iş planına daxil olan məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, hər üç ölkənin Müdafiə naziri Türkiyənin separatizmlə mübarizəsini dəstəklədiyini bildiriblər: "Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. Bu il isə 13 təlim keçiriləcək. Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”. (AZƏRTAC)

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR