Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

TƏKLİF: Azərbaycan çimərliklərində “mavi bayraq” sistemi yaradılsın

12.06.2019 16:02

Azərbaycanda çimərlik turizmini inkişaf etdirmək üçün ilk növbədə Avropa ölkələrində olduğu kimi "mavi bayraq” sistemi yaradılmalıdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Bu sistemin çimərlik turizminin çox inkişaf etdiyi Türkiyədə də mövcud olduğunu deyən M.Ağakərimov əlavə edib ki, Avropa ölkələrində təhlükəsizlik və sanitar normaların yüksək səviyyədə olduğu çimərliklərdə mavi bayraq asılır: "Rusiya, Belarus, Ukrayna, o cümlədən digər MDB ölkələrinin turistləri yay aylarında Türkiyəyə çimərliklərə getmək üçün səfər edirlər. Çimərlik turizmi Azərbaycanda da kütləvi turizmin inkişafı üçün böyük təkan ola bilər. Buna görə də çimərliklərdə monitorinqlər aparılmalı, orada sanitar normalara əməl olunmalı və təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir”.

M.Ağakərimov qeyd edib ki, ölkəmizdə çimərlik turizminin inkişafı Prezident İlham Əliyevin 2017-ci ildə "Çimərlik turizminin inkişaf etdirilməsi haqqında” verdiyi sərəncamına uyğun olaraq həyata keçirilməlidir.

O, özəl çimərliklərin olmasının da əleyhinə olduğunu söyləyib: "Çimərliklər özəl ola bilməz. Çünki dənizi özəlləşdirmək, çimərliyə girişi pulla etmək olmaz. Bu, yolverilməzdir. Amma orada təklif edilən əlavə xidmətlər ödənişli ola bilər”.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR