SOCAR neftin emal dərinliyini artırmaq fikrindədir

12.06.2019 13:24

Bu il Heydər Əliyev adına Neft Emalı Zavodunda neftin emal dərinliyinin artırılaraq 94,3 faizə çatdırılması proqnozlaşdırılır.

Report-un xəbərinə görə, bu, 2018-ci ilin göstəricisindən 0,21 faiz, 2017-ci ilin göstəricisindən isə 2,6 faiz çoxdur.

Belə ki, 2018-ci ildə neftin emal dərinliyi 94,1 faiz, 2017-ci ildə 91,9 faiz, 2016-cı ildə 89,5 faiz, 2015-ci ildə 91,4 faiz, 2014-cü ildə 93,2 faiz, 2013-cü və 2012-ci illərdə 92 faiz, 2011-ci və 2010-cu illərdə 92,6 faiz, 2009-cu ildə 91,6 faiz, 2008-ci ildə 80,4 faiz təşkil edib.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda, əsasən, Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulları istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir.

Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln. tondan 7,5 mln. tona çatdırılması, "Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.

© xezerxeber.az


58 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR