Gürcüstanın Müdafiə naziri Azərbaycana gəlib

11.06.2019 16:15

Gürcüstanın Müdafiə nazirinin Azərbaycana səfəri başlayıb.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də Gürcüstanın Müdafiə naziri Levan İzoria Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri arasında üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR