Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Allahşükür Paşazadə: Bu, bəlkə də Azərbaycan xalqına qarşı olan bir işdir

05.06.2019 10:16

"Mənim ən böyük arzum ondan ibarətdir ki, şəhidlərimizin qanı yerdə qalmasın, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə azad edilsin. Bugünkü bayram namazında Azərbaycanın firəvanlığı, gələcəyi üçün duallar etdik".

Bunu "Təzə Pir" məscidindəki bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Azərbaycanda dini sahədə sabitlik mövcuddur. Dindarlar üçün hər bir şərait yaradılıb. Lakin yaradılan şəraitdən istifadə edən bəzi qaragüruhçu insanlar ölkəmizdəki hadisələri dünyaya başqa şəkildə göstərmək istəyirlər. Əlbəttə, bu, yolverilməzdir, bu, bəlkə də Azərbaycan xalqına qarşı olan bir işdir", - deyə, A.Paşazadə əlavə edib.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR