Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hikmət Hacıyev Romada Dağlıq Qarabağ münaqişəsindən danışdı - FOTO

29.05.2019 09:15

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib.

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən XəzərXəbər-ə verilən məlumata görə, İtaliyanın beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış aparıcı beyin mərkəzlərindən olan Beynəlxalq Təşkilat Cəmiyyətində "Azərbaycanın xarici siyasəti: imkanlar və çağırışlar” adlı konfransı giriş nitqi ilə açan İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Frattini Azərbaycanın regionda sülh və sabitliyin qorunub saxlanılmasına verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib, ölkəmizin multikulturalizm nümunəsi kimi artan rolundan danışıb. Azərbaycan və İtaliya arasında mövcud yüksək səviyyəli siyasi dialoq, strateji tərəfdaşlıqdan söz açan F.Frattini iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxşaxəli əlaqələrə toxunub.

Sonra çıxış edən H.Hacıyev Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixinə nəzər salaraq həmin müddət ərzində ölkəmiz üçün atılmış mühüm addımlardan, ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi yol və inkişaf strategiyasından bəhs edib. O, Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlər, ölkəmizin istirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri və təşəbbüslərdən söz açaraq ölkəmizin regional səviyyədə siyasi dialoqa, iqtisadi inkişafa, əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Haciyev ölkəmizin prinsipial mövqeyini iştirakçıların diqqətinə çatdırıb.

Konfrans sual-cavabla davam etdirilib.

H.Hacıyev habelə, İtaliyanın aparıcı universitetlərindən olan Roma Sapienza Universitetində Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri, professor Daniel Pommierin müəllifi olduğu "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)” adlı kitabın təqdimat mərasimində də çıxış edərək Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol, ölkəmizin xarici siyasətinin prioritetləri barədə danışıb.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Roma Sapienza Universitetinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə dərc olunmuş kitab Azərbaycan Xalq Cümhuriyyətinin 1919-1920-ci illəri əhatə edən xarici siyasəti, həmin dövr ərzində Azərbaycan nümayəndə heyətinin Paris beynəlxalq sülh konfransında iştirakı və həmin illərdə Azərbaycan-İtaliya münasibətlərindən bəhs olunur. Tədbirdə, eləcə də Roma Sapienza Fondunun sədri Antonello Biagini, universitetin professorları Giovanna Motta, Fabio Grassi və kitabın müəllifi Daniel Pommier Vincelli də çıxış ediblər.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR