Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib

25.05.2019 12:40

TÜRKSOY-un Baş katibi Düsen Kaseino Azərbaycan Prezidenti İlham Əliyevə Respublika Günü münasibəti ilə təbrik məktubu göndərib.

Xezerxeber.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan Respublikası ilə sıx mədəni əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, ümumtürk mədəniyyətinin və dəyərlərinin təbliğində rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı yüksək səviyyəli mədəni əlaqələr bundan sonra da inkişaf etdiriləcək və Azərbaycanın zəngin mədəni irsi TÜRKSOY-un xətti ilə keçiriləcək beynəlxalq tədbirlərdə bundan sonra da layiqincə təmsil olunacaqdır.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm”.

© xezerxeber.az


153 dəfə oxunub

ÇOX OXUNANLAR