İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi

20.03.2019 16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib.

XəzərXəbər-in xəbərinə görə, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR