AŞPA-nın vitse-prezidenti: Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir

13.09.2017 17:39

Bu gün dünyada baş verən ağır iqtisadi, siyasi proseslər fonunda bir sıra problemlərin həlli açarı Azərbaycandadır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski deyib.

O bildirib ki, Azərbaycan region və dünya dövlətləri üçün çox uğurlu iqtisadi, mədəni layihələr həyata keçirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin ədalətli mövqe nümayiş etdirməməsinə dair sualı cavablandıran AŞPA-nın vitse-prezidenti vurğulayıb ki, beynəlxalq təşkilatlar hansı tərəfin işğalçı və hansı tərəfin işğala məruz qalmasını konkret göstərməlidirlər.

"Ümumiyyətlə, "dondurulmuş münaqişə” terminindən xoşum gəlmir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir”, - deyə Loqvinski qeyd edib.

© xezerxeber.az


62 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR