Xəzər Xəbər

Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq - Səfir

Gündəm | 12:31 • 26 Noyabr 2020
Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq -

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.


Xezerxeber.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.


Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:


"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı".

Xəbər lenti