Xəzər Xəbər

Spiker: “Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub”

Gündəm | 11:16 • 26 Noyabr 2020
 Spiker: “Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub”

"Bildiyiniz kimi, dünən Fransa Senatında Azərbaycana qarşı çirkin siyasi aksiya təşkil olunub və qərəzli sənəd qəbul edilib”.


Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.


Sədr bildirib ki, qətnamədə xalqımızın apardığı vətən mübarizəsinin üzərinə kölgə salmağa cəhd göstərilib: "Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi təhrif edilib. İş orasıdır ki, hətta Senatın üzləri Fransa hökumətini qondarma rejimin müstəqilliyini tanımağa çağırmışdılar. Milli Məclisdə haqlı olaraq, buna qarşı bəyanat qəbul etməsi zərurəti yaranıb”. 

Xəbər lenti