Xəzər Xəbər

Düşmənin 30 illik müdafiə sistemi heç bir işə yaramır - Anar Eyvazov

Gündəm | 19:07 • 21 Oktyabr 2020
 Düşmənin 30 illik müdafiə sistemi heç bir işə yaramır  -

Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.


Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.


Onun sözlərinə görə, Azərbaycan Ordusu döyüşdə əsl qəhrəmanlıq nümayiş etdirir: "Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından güc alır və döyüş meydanında əsl peşəkarlıq və qəhrəmanlıq göstərir, düşmənə layiqli cavab verir. Düşmənin mövqeləri darmadağın edilir. Torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Qələbə bizimlədir".


Anar Eyvazov deyib ki, düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb.


Onun sözlərinə görə, artıq Ermənistan etiraf edir ki, Azərbaycan Ordusu döyüş meydanında qat-qat üstündür: "Düşmənin bu etiraflarını Azərbaycanın Ali Baş Komandanı daha əvvəl demişdi.

Düşmənin etiraf etdiyi faktorları Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiyalı və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika, təlimlərə yiyələnib".

Xəbər lenti