Xəzər Xəbər

DİN “Aşura” günü ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Gündəm | 18:25 • 14 Avqust 2020
DİN “Aşura” günü ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.


Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb: "İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

Xəbər lenti