Xəzər Xəbər

Masallıda yeni ümumtəhsil məktəbi inşa ediləcək SƏRƏNCAM

Gündəm | 15:25 • 11 Avqust 2020
Masallıda yeni ümumtəhsil məktəbi inşa ediləcək

Prezident İlham Əliyev Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 


XəzərXəbər-in məlumatına görə, sərəncamla Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Xəbər lenti