Xəzər Xəbər

TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

Gündəm | 12:30 • 8 Avqust 2020
TƏBİB həkimlərə məzuniyyət verilməməsi məsələsinə aydınlıq gətirdi

"Həkimlər üçün mənəvi dəstəyin önəmi çox böyükdür”.


Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.


Onun sözlərinə görə, Əmək Məcəlləsinə uyğun olaraq həkimlərə də məzuniyyət verilir: "Ancaq biz hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə məzuniyyətdə olan həkimlər işə cəlb oluna bilər. Ancaq tibb müsəssiələrinin rəhbərləri tərəfindən ehtiyac olduqda geri çağırılması nəzərə alınmaqla həkimlər məzuniyyətə göndərilə bilərlər”

Xəbər lenti