Pandemiya dövründə rəqəmsal iqtisadiyyatın inkişafını müşahidə edirik.
Bu sözləri avqustun 8-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
O bildirib ki, karantin zamanı onlayn fəaliyyət göstərən şirkətlərdə artıq rəqəmsal ticarət anlayışı yaranıb və inkişaf etməkdədir. Rəqəmsal ticarətin inkişafı postpandemiya dövründə də aparılmalı, daha da inkişafı üçün birlikdə tədbirlər görülməlidir.