Azərbaycanla xarici ölkələr arasında aviareyslərinin artırılması nəzərdə tutulur.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, burada məqsəd xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsini asanlaşdırmaqdır.
PA rəsmisi eyni zamanda vətəndaşları xarici ölkələrə getməkdən çəkinməyə çağırıb: "Zəruri hallar istisna olmaqla xarici ölkələrə səfərlərdən çəkinmək lazımdır".