Xəzər Xəbər

Operativ Qərargahdan metronun fəaliyyəti ilə bağlı açıqlama

Gündəm | 18:40 • 3 Avqust 2020
Operativ Qərargahdan metronun fəaliyyəti ilə bağlı açıqlama

"Metroların işə salınması məqsədəuyğun deyil”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Metronun bağlanması avqustun 31-dək qüvvədə saxlanılır. Burada metronun ventelyasiya sistemi ilə əlaqədardır. Yeraltı, dar və mərkəzləşmiş ventelyasiya sistemi olan şəraitdə virusun təkrarən hərəkət etməsi və yoluxma halları baş verə bilər”.

Xəbər lenti