Xəzər Xəbər

ETSN vətəndaşlara müraciət etdi

Gündəm | 18:19 • 1 Avqust 2020
ETSN vətəndaşlara müraciət etdi

Xəbər verildiyi kimi 31 iyul tarixində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğın FHN-nin və ETSN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb, meşə ərazisinə keçməsinin qarşısı alınıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təəssüf ki, yanğın zamanı biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla, Sədan kəndinin iki sakini həyatını itirib. 


"Yanğında  həyatlarını itirənlərin  ailələrinə və yaxınlarına başsağlığı verir, səbr diləyirik və 

bir daha vətəndaşlara müraciət edirik ki, kimlərinsə ehtiyatsızlığı, etinasızlığı ucbatından yaranan yanğın hadisələrinin nə qədər ağır nəticələrə səbəb olmasını nəzərə alsınlar,  ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün  maksimum dərəcədə ehtiyatlı olsunlar", - deyə xəbərdə bildirilir.

Xəbər lenti