Xəzər Xəbər

Baş nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Gündəm | 19:06 • 11 İyul 2020
Baş nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Əmanətlərin Sığortalanması Fondunun "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.


Bu barədə xezerxeber.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.


Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Xəbər lenti