Xəzər Xəbər

Həftəsonları taksilər fəaliyyət göstərəcək

Gündəm | 18:56 • 3 İyul 2020
Həftəsonları taksilər fəaliyyət göstərəcək

Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində həftəsonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. Lakin taksilər fəaliyyət göstərəcək.


Xezerxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində söyləyib.


Agentliyin sədri bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin qadağan olunmasına səbəb insanların kütləvi toplaşdığı yerləri minimuma endirməkdir. Fəaliyyətinə icazə verilən qurumlar şənbə və bazar günlərində işə çıxaracağı əməkdaşlarının işə gedib-gəlməsini təmin etməlidir. Bu, təşkilatın avtomobili, taksi xidməti və əməkdaşın fərdi avtomobili ilə ola bilər.

Xəbər lenti