Xəzər Xəbər

DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir SAXLANILANLAR VAR

Gündəm | 13:10 • 3 İyul 2020
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 


Dövlət Təhlükəsizliyi Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Xəbər lenti