Xəzər Xəbər

Bakı sakinlərinin nəzərinə: Sabah evdən ÇIXMAYIN!

Gündəm | 11:56 • 3 İyul 2020
Bakı sakinlərinin nəzərinə:

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.


XəzərXəbər-in Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumatına görə, bununla əlaqədar şəhər sakinlərinə xəbərdarlıq edilir. Bildirilir ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Xəbər lenti