Xəzər Xəbər

Metro yenidən bağlana bilər – RƏSMİ

Gündəm | 15:01 • 3 İyun 2020
Metro yenidən bağlana bilər

"Görülən bütün tədbirlərin sonunda metrodan istifadəylə bağlı qaydalara tam əməl edilməməsi metronun yenidən bağlanmasını gündəmə gətirə bilər”.

XəzərXəbər xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, son vaxtlar sərnişinlərin karantin davranışlarına əməl edilməsi ilə bağlı pozitiv addımları görsək də, bütün bunlar yetərli deyil:

"Bakı metrosu 38 gün işləməyəndə, hər birimizin metronun açılmasına ehtiyacımız var idi. Bundan sonrakı günlərimizdə də bunu düşünməliyik. Virusdan qorunmaq və yoluxmanın qarşısının alınması üçün Metropoliten tərəfindən mümkün imkanların hamısı istifadə olunur. Amma sərnişinlər də hamılıqla buna əməl etməlidir və bizə dəstək verməlidir. Buna riayət edilməsə, metronun yenidən bağlanması gündəmə gələr. Bu reallıqdır”.

Qurum rəsmisi əlavə edib ki, metro hazırda mümkün və ən optimal hərəkət qrafiki ilə işləyir:

"Texniki cəhətdən bundan o tərəfi mümkün deyil. Faktiki olaraq bu belədir. Hər karantin yumşalmasından sonra sərnişinlərin sayı artır. Onsuz da gücləndirilmiş iş rejimində çalışırıq, amma yenə də tədbirlərimizi gücləndiririk”

Xəbər lenti