Xəzər Xəbər

Bu abituriyentlərin nəticələri ləğv olunacaq Xəbərdarlıq

Gündəm | 11:48 • 1 İyun 2020
Bu abituriyentlərin nəticələri ləğv olunacaq

İmtahana telefonla gələn abituriyentlərin nəticələri ləğv olunacaq və onlar imtahana buraxılmayacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, nə koronavirus pandemiyası, nə də digər məsələlərə görə heç kəsə güzəşt edilməyəcək.

DİM sədri qeyd edib ki, buraxılış imtahanları sentyabr ayında da təşkil ediləcək: "Bu imtahana üzrlü səbəblərdən daha əvvəl iştirak etməyənlər qatılacaq”.

Xəbər lenti