Xəzər Xəbər

Ramin Bayramlı: “Pasiyentlər ağırlaşmış halda bizə müraciət edirlər”

Gündəm | 19:42 • 8 Aprel 2020
Ramin Bayramlı: “Pasiyentlər ağırlaşmış halda bizə müraciət edirlər”

"Gün ərzində təcili yardıma 1700-1800 simptomatik müraciətolur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, müraciətlərin 80-90 faizi digər respirator infeksiyalarla əlaqədardır və onlarheç yerə aparılmayıb:

"Bir çox pasiyentlər gecikmiş formada müraciət edirlər. Onlar bizə ağırlaşmış halda müraciət edir. Digər ölkələrin təcrübəsi göstərir ki, antivirus müalicəyə nə qədər erkən başlanılsa, bir o qədər effektiv ola bilər”.

O qeyd edib ki, gecikmələr özünü evdə müalicə etməyə cəhd və karantində qalmamaqla bağlıdır.

Xəbər lenti