"Küçəyə çıxmaqüçün icazəsi olan şəxsin ehtiyacıvarsa, avtomobilindən sərbəst şəkildə istifadə edə bilər. Şəxsin avtomobili üçün əlavə icazəyə ehtiyac yoxdur”.
Bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həmin şəxs avtomobildə sərnişin daşıya bilməz:
"Avtomobildə olan şəxsin də icazəsi olmalıdır. Küçəyə çıxmağa icazəsi olmayan şəxs xüsusi karantin rejimini pozmuş sayır. Onlar haqqında tədbir görüləcək”.