Xəzər Xəbər

Bakı şəhərinin icra hakimiyyətləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat ianə ediblər

Gündəm | 12:23 • 25 Mart 2020
Bakı şəhərinin icra hakimiyyətləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat ianə ediblər

Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.

Xəbər lenti