Xəzər Xəbər

Bu ölkədən Bakıya qayıtmaq istəyənlərin nəzərinə: Cəmi 60 yer...

Gündəm | 16:04 • 24 Mart 2020
Bu ölkədən Bakıya qayıtmaq istəyənlərin nəzərinə:

Yaxın günlərdə LOT Polşa Hava Yolları tərəfindən Varşava-Bakı istiqaməti üzrə reysin təşkili nəzərdə tutulub.

Bu barədə Azərbaycanın Polşadakı səfirliyi "Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, reysin təşkili tamamilə LOT Polşa Hava Yolları tərəfindən və ödənişli əsaslarla həyata keçiriləcək:

"Azərbaycana getmək istəyən ölkə vətəndaşlarının siyahısı səfirlik tərəfindən LOT Polşa Hava Yollarına təqdim ediləcək və bundan sonra bütün məlumatlar şirkət tərəfindən Azərbaycan vətəndaşlarına birbaşa təqdim ediləcək(rezervasiya detalları, bilet qiyməti, ödəniş yolları və s.).

Azərbaycan Respublikası vətəndaşlarının siyahısının tərtib edilməsi üçün ad və soyad (pasportda olduğu kimiingilis dilində), mobil nömrə və e-mail ünvanının çox təcili, 25 mart 2020-ci il gündüz saat 12:00-dək səfirliyin elektron poçt ünvanına göndərilməsi rica edilir (warsaw@mission.mfa.gov.az).

Reysə cəmi 60 nəfər Azərbaycan vətəndaşı götürülə bilər. Onu da qeyd etməliyik ki, üstünlük azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara veriləcək.

Xatırladaq ki, COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün ölkəyə gələn vətəndaşlar Azərbaycanda təyyarədən düşərkən tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 gün müddətində xüsusi karantin rejimində yerləşdirilirlər.

Xəbər lenti