Xəzər Xəbər

Azərbaycanda 224 nəfər karantində saxlanılır

Gündəm | 19:27 • 28 Fevral 2020
Azərbaycanda 224 nəfər karantində saxlanılır
Hazırda Azərbaycanda 224 nəfər karantində saxlanılır. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın fevralın 28-də koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib.

Yaqut Qarayeva bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si digər ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

"Hazırda müayinə aparılır. Ona görə də karantində qalanların sayı sabit qalmır. Analiz nəticələri mənfi çıxanlar evə müşahidəyə buraxılırlar. Amma koronavirus olmasa belə digər respirator xəstəliklərə yoluxanlar müalicə olunmalıdırlar".

Xəbər lenti