Xəzər Xəbər

ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat yayıb

Gündəm | 18:57 • 28 Fevral 2020
ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat yayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir.


Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilib.


"ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir. Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Xəbər lenti