Xəzər Xəbər

MSK 2 dairə ilə bağlı QƏRAR VERDİ

Gündəm | 16:49 • 21 Fevral 2020
MSK 2 dairə ilə bağlı QƏRAR VERDİ

MSK-nın iclasında 91 saylı Ucar seçki dairəsi üzrə namizəd olmuş Əbil Məmmədovun şikayətinə baxılıb.

XəzərXəbər xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, Əbil Məmmədov həmin seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

Arifə Muxtarova bildirib ki, bu şikayətin araşdırılması zamanı irəli sürülən iddialar yalnız 18 və 38 saylı məntəqələr üzrə öz təsdiqini tapıb. Ona görə də bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılmalıdır.

Şikayət Əbil Məmmədovun və onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılıb. Səlahiyyətli nümayəndə konkret seçki məntəqləri üzrə baş vermiş seçki pozuntularına dair məlumatları sadalayıb, müşahidəçilərlə bağlı narazılığını çatdırıb.

MSK sədri Məzahir Pənahov deyib ki, 91 saylı Ucar seçki dairəsində 40 məntəqə üzrə 800 müşahidəçi olub.

Müzakirədən sonra 91 saylı Ucar seçki dairəsi üzrə 2 məntəqnin nəticələri etibarsız sayılıb.


Xəbər lenti