Xəzər Xəbər

Onlar bilərəkdən bunu etmir - Məzahir Pənahov

Gündəm | 18:31 • 20 Fevral 2020
Onlar bilərəkdən bunu etmir - Məzahir Pənahov

Əlində olan materialın, videogörüntünün sənin mövqeyini, şikayətini gücləndirdiyinə əminsənsə onu ortaya qoy. Qoy sosial şəbəkələrə, bütün ölkə baxsın.

XəzərXəbər xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə seçki pozuntularına dair 385 görüntü var: "Qoyun bütün ölkə baxsın, görsün ki, ciddi pozuntu var. Yəni, şikayətçi tərəf özü bunda maraqlı olmalıdır. Mənə elə gəlir ki, onlar bilərəkdən bunu ortaya qoymurlar. Sosial şəbəkələrə qoymur, amma burda gəlib deyir ki, videogörüntüyə malikəm”.

MSK sədri deyib ki, əgər ortaya qoymurlarsa demək, başqa maraq var: "Başqa maraq da effekt yaratmağa xidmət edir. Bundan sonra şikayət ərizəsinə nə qoyulacaqsa, ancaq onlara baxılacaq. Qalanları qəbul olunmayacaq. Yəni, iclas gedəndə videogörüntüyə malik olduqlarını deyənələrin iddiaları qəbul olunmayacaq. Seçki pozuntuları olduğunu iddia edənlər onu ortaya qoymurlarsa demək onların videosunda məntəqə seçki komissiyalarının fəaliyyətinə kölgə salacaq heç nə yoxdur”.

Xəbər lenti