Xəzər Xəbər

MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı

Gündəm | 12:35 • 20 Fevral 2020
MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.


Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:


"Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, - MSK katibi əlavə edib. (Report)

Xəbər lenti