Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib

Gündəm | 18:18 • 9 Noyabr 2019
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib

Uydurma "erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarlar Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh çeşməsi” antiterror əməliyyatını pozmaq üçün ortaya atılmış təzyiq vasitəsidir. Həqiqi soyqırımı isə ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib.

Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Baş katibi Hadi Süleymanpur ilə birgə Antalyada keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir diqqətə çatdırıb ki, Xocalıda qaça bilməyən hər kəs ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Orada 613 günahsız azərbaycanlı soydaşımız, o cümlədən 106 qadın, 83 uşaq öldürülüb.

Nazir Mövlud Çavuşoğlu bildirib ki, gerçək soyqırımı axtaranlar YPG/PKK terror təşkilatlarının İraq və Suriyada törətdikləri insanlıq əleyhinə cinayətlərə baxsalar yaxşıdır.

Xəbər lenti