Xəzər Xəbər

Akademikdən Xəzərlə bağlı ŞOK PROQNOZ: Vəziyyət olduqca gərgindir, belə gedərsə...

Gündəm | 14:06 • 9 Oktyabr 2019
Akademikdən Xəzərlə bağlı ŞOK PROQNOZ:

Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir.

XəzərXəbər-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzərin bəzi yerlərində çirklənmə göztəricisi normadan 10-20 dəfə artıqdır.

R.Məmmədov əlavə edib ki, dənizdə nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaranıb:

"Dəniz səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib, evlər, torpaqlar suyun altında qalıb, ölkənin sahil zonasında "ekoloji qaçqınlar” yaranıb, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard dollar olub".

Akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranıb: "Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq".

Xəbər lenti