Xəzər Xəbər

Zakir Qaralov bu rayonların sakinlərini qəbul edəcək

Gündəm | 09:52 • 10 Sentyabr 2019
Zakir Qaralov bu rayonların sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il sentyabrın 13-də saat 10:00-da Qəbələ rayon prokurorluğunun inzibati binasında Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.

XəzərXəbər Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qəbələ rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti