Xəzər Xəbər

Umayra Tağıyeva hazırkı hava durumunu dəyərləndirdi

Gündəm | 12:59 • 6 Avqust 2019
Umayra Tağıyeva hazırkı hava durumunu dəyərləndirdi

"Gözlənildiyi kimi, Bakı və Abşeron yarımadasında küləyin sürəti dünənə nisbətən azalıb. Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 16-18, arabir isə 23 m/san il əsir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, gecə saatlarında açıq dənizdə dalğanın hündürlüyü 7,8 metr təşkil edirdisə, bu saat olan məlumata görə, dalğanın hündürlüyü 6 metr təşkil edir.

"Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, lakin çox şiddətli, güclü külək gözlənilmir”.

Xəbər lenti