Xəzər Xəbər

Yol Polisindən SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Gündəm | 16:43 • 5 Avqust 2019
Yol Polisindən

"Bakı şəhəri və respublikamızın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik”.

XəzərXəbər xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin bugünkü hava şəraiti ilə bağlı açıqlamasında yer alıb.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: "Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin, hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bundan əlavə qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və diqər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar".

Baş Dövlət Yol Polisi İdarəsi bu sadalananlara hər bir hərəkət iştirakçısına əməl etməyi tövsiyə edir edir!

Xəbər lenti