Xəzər Xəbər

İstirahət günlərində hava sərin olacaq

Gündəm | 15:24 • 10 İyul 2019
İstirahət günlərində hava sərin olacaq

"Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir”.


Bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.


O qeyd edib ki, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək, çünki iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.


"İyulun 13-14-də hava güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun.


Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.


Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”, - deyə o bildirib. (APA)

Xəbər lenti