Xəzər Xəbər

Donald Tusk: Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır

Gündəm | 17:58 • 9 İyul 2019
Donald Tusk: Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır

Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir.


AZƏRTAC xəbər verir ki, bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk özünün Tvitter hesabında yazıb.


Donald Tusk qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır. "Bu gün mən Avropa İttifaqının əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”, - deyə o bildirib.

Xəbər lenti