Xəzər Xəbər

Ötən il müəllimlərin işə qəbul imtahanında 51 min nəfər iştirak edib

Gündəm | 16:52 • 24 İyun 2019
Ötən il müəllimlərin işə qəbul imtahanında 51 min nəfər iştirak edib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmək üçün ötən il 51 minədək şəxs elektron qeydiyatdan keçmişdi.

XəzərXəbər xəbər verir ki, bunu Təhsil Naziliyində keçirilən mətbuat konfransında nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

O qeyd edib ki, nazirlik bu il də kifayət qədər böyük sayda müəllimlərin qeydiyyatdan keçəcəyini gözləyir: "Bilirsiniz ki, ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.

Yəni 10 ildən artıq müəllim kimi işləmiş şəxslər birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. Çünki 2015-ci ildən başlayan Təhsil Nazirliyi müəllimlərin diaqnostik qiymətləndirməsini keçirib. 2018-ci ildə bu proses başa çatdı. Artıq bizim əlimizdə respublika üzrə bütün müəllimlərin nəticələri var. Buna görə də biz stajı 10 ildən çox olan, sadəcə müəyyən səbəblərdən 3 il müddətinə işdən ayrılan şəxslərə güzəşt etdik. Bu da stajı çox olan müəllimlərə şamil edilmiş bir güzəştdir”.

Xəbər lenti