Xəzər Xəbər

POS-terminalların işləməməsi məsələsinə nazirdən - CAVAB

Gündəm | 14:54 • 14 İyun 2019
POS-terminalların işləməməsi məsələsinə

Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədovunbəzi ticarət şəbəkələrində POS-terminalların işləməməsi ilə bağlı qaldırdığı məsələyə münasibət bildirib.

M.Cabbarov parlamentdə çıxışı zamanı qeyd edib ki, Vergilər Nazirliyi nağdsız hesablaşmalar sahəsində müvafiq qurumlarla yaxından çalışır:

"2018-ci illə müqayisədə nağd pul kütləsinin cəmi pul kütləsində çəkisi 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm ölçü meyarı dinamikasının hansı şəkildə olduğunu aydın göstərir. 2016-cı illə müqayisədəPOS-terminallarınsayında 16 faiz azalma olub. Hazırda 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur. Bu da ən yüksək göstərici hesabolunur”.

Nazir qeyd edib ki, POS-terminalların quraşdırılması prosesində üçtərəf iştirak edir:

"Nağdsız hesablaşmaların aparılmasında tərəflərin hansının maraqlı olduğuna baxmalıyıq. Bilirsiniz ki, bu məsələdə sahibkarlar komissiya haqları ödəyirlər. Bu rəqəm 1,29-2,37 faiz arasında dəyişir. Bizdə tariflər yüksək deyil. Dövlət buna müdaxilə etmir. İkinci məsələ, cəzasızlıq mühitidir. Mövcud qanunvericilik POS-terminalların quraşdırılmamasına görə məsuliyyət tədbirləri nəzərdə tutmur. Bu isə bəzi vergi ödəyicilərinin bəhanələr gətirməsinə əsas yaradır.

Vergilər Nazirliyicəza məsuliyyətinin olması üçün təşəbbüslə çıxış etsə də, qurumlar arasında razılıq əldə olunmayıb. Əgər Mili Məclis təşəbbüs göstərərsə, həmin qanun layihəsini təqdim etməyə hazırıq”.

Xəbər lenti