Xəzər Xəbər

Qəbələdən ABŞ-a sərt mesaj: "Cavab hazırlayırıq"

Gündəm | 14:30 • 12 İyun 2019
Qəbələdən ABŞ-a sərt mesaj:

"Lazımi işləri görürük. Cavab hazırlanır”.

Bunu Qəbələ şəhərində səfərdə olan Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

O, 7-ci Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxanın ötən həftə göndərdiyi məktubla bağlı danışan nazir bildirib ki, sabah onunla telefonda müzakirə aparacaq, ay sonunda isə Brüsseldə təkbətək görüşəcək: "Bildiyiniz kimi, Patrik Şanaxandan bir məktub aldım. Məktubda mövcud problemlərə strateji ortaqlıq çərçivəsində və əhatəli təhlükəsizlik əməkdaşlığını mühafizə edərək həll yolunun tapılması istiqamətində gözləntilər ifadə edilmişdi. Lakin məktubun üslubu müttəfiqlik ruhuna uyğuna olmadığını ilk andan etibarən gördük. Lazımi işləri görürük, cavabı hazırlayırıq. Məsələ ilə əlaqədar qurum və təşkilatlarla lazımi işlər davam edir. Bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı var. Orada da Şanaxanla bir araya gələcəyik”.

Nazir bildirib ki, Türkiyə ortaya qoyduğu mövqeyin qətiyyətli şəkildə arxasında dayanıb: "Bütün görüşlərdə mövqelərimizi açıq şəkildə ifadə etməyə, tələblərimizi bildirməyə davam edirik. Bundan sonra da eyni mövqedə olmağa davam edəcəyik. Burada strateji müttəfiqlikdən bəhs edilir. Onun ruhuna uyğun hərəkət edilməsi üçün tələbələrimizi demişik. Biz bu günə qədər NATO məsələsində, ABŞ-la marahatlıqlarımız mövzusunda hər hansı çatışmazlığa yol vermədən öhdəliklərimizi yerinə yetirmişik. Dolayısı ilə qarşımızdakıların da bənzər şəkildə öhdəliklərini yerinən yetirmələrini gözləyirik”.

Qeyd edək ki, ABŞ Müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan ötən həftə Hulusi Akara Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 müdafiə kompleksi və birgə istehsal olunan F-35 döyüş təyyarələri ilə bağlı qayğılarını qələmə aldığı məktub göndərmişdi./publika.az

Xəbər lenti