Xəzər Xəbər

İstehsalatda bədbəxt hadisələr: 20 ölü, 73 yaralı - Vəzifəlilər cəzalandırıldı

Gündəm | 13:28 • 12 İyun 2019
İstehsalatda bədbəxt hadisələr:

2019-cu ilin beşayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 3341 şikayət, müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindənisə 2472 məktub və sorğu göndərilib.

XəzərXəbər xəbər verir ki, bu barədəDövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov məlumat verib.

O qeyd edib ki, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib:

"Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Törədilmiş inzibati xətalara görə xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764 300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Dövr ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb, üçü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə "İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub”.

Xəbər lenti