Xəzər Xəbər

Pəhriz menyularının vazkeçilməz qidası Qarabaşağın heç yerdə rast gəlməyəcəyiniz faydaları

Gündəm | 15:43 • 29 May 2019
Pəhriz menyularının vazkeçilməz qidası

Bütün pəhriz menyularında mütləq rast gəlinən qidalardan biri də qarabaşaqdır.

Qarabaşağın protein dəyəri yüksək olduğu və tərkibində qluten olmadığı üçün rahatlıqla istifadə olunan bitkidir.

Mütəxəssislər bildirir ki, bu bitki insan orqanizminə olduqca yararlıdır. Enerji dəyəri yüksək, kalorisi az olduğu üçün tam bir qara ciyər və bağırsaq dostu kimi tanınır. Əsrlərlə Asiya ölkələri mətbəxindən əksik olmayan qarabaşaq Avropada da populyarlıq qazanmağa başlayıb.

Faydaları

Tərkibindəki üzvi birləşmələr və antioksidantlar sayəsində qalın bağırsaq, süd vəzisi xərçəngi kimi xəstəliklərə qarşı müdafiə potensialı var.

Qarabaşaq ət yerinə rahatlıqla istifadə oluna biləcək qidadır. Lif səviyyəsi yüksək olduğu üçün həzm sistemini yaxşılaşdırır.

Tərkibindəki "choline” maddəsi qara ciyərə lazım olan bir çox faydaları təmin edir.

Fosfor, dəmir, maqnezium və kaliumla zəngindir. Yüksək təzyiq və qansızlığın aradan qaldırılmasında əvəzsizdir. Xüsusilə, dəmir tərkibi digər taxıllardan daha çoxdur.

Uzun müddət toxluq hissi verir və gün boyu bədənin enerji səviyyəsini yüksək saxlayır. Beləcə, pəhriz saxlayan insanlarda yorğunluq və ruh düşkünlüyü əmələ gəlməz.

Qarabaşaq "funksional qida” kimi tanınır. Bu tip qidalar xəstəliyin yaranma riskini azaldan qidalardır.

Tərkibində qluten olmadığından şişkinlik, qəbzlik və izhal kimi problemlərə səbəb olmaz.

Tərkibindəki B1, B3, B5 və B9 vitaminləri sayəsində sağlam dəri və güclü saçların qaynağı olur. Qırışıqlıqları aradan qaldırır. Keratin, dırnaq və saçların əsas komponentidir. Qarabaşaq keratin istehsalı üçün lazımi amin turşularına sahibdir. Saçların asanlıqla uzanmasını təmin edir.

Maqneziumu sayəsində insulin səviyyəsini yaxşılaşdırır. Diabet xəstəliyində faydalıdır.

Qarabaşağın qida dəyəri

155 kalori

6 qram protein

1 qram yağ

33 qram karbohidrat

5 qram lif

1,5 qram şəkər

86 milliqram manqanez (gündəlik ehtiyacın 34%-i)

86 milliqram maqnezium (gündəlik ehtiyacın 21%-i)

118 milliqram fosfor (gündəlik ehtiyacın 12%-i)

6 milliqram niacin (gündəlik ehtiyacın 8%-i)

34 milliqram dəmir (gündəlik ehtiyacın 7%-i)

0,13 milliqram B6 vitamini (gündəlik ehtiyacın 6%-i)

0,6 milliqram pantonil turşusu (gündəlik ehtiyacın 6%-i)

Publika.az

Xəbər lenti