Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağış
yağacaq, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar
yağacağı ehtimalı var.
Hava axşam əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi
gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu
gecə 0-2° isti, gündüz 2-5° isti təşkil edəcək. Yanvarın 14-ü axşamdan
15-i axşamadək Bakıda və Abşeron
yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər
yarımadanın bəzi yerlərində intensiv olacağı, sulu qara, qara keçəcəyi
ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Naxçıvan
Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Axşama doğru
tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi
əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 9-14°
şaxta, gündüz 1-6° isti təşkil edəcək. Yollar buz bağlayacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı
yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3-6° isti təşkil edəcək.
Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən
yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi
gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti təşkil edəcək. Yollar
buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv
olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi
əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə
0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5°
şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala
rayonlarında arabir yağış yağacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman
olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti
təşkil edəcək. Yollar buz bağlayacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi
gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti,
gündüz 3-6° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək
isti təşkil edəcək. Yollar buz bağlayacaq.