Xəzər Xəbər

Vaksinlər bu səbəbdən yenisi ilə əvəz oluna bilər Türk professor açıqladı

Dünya | 18:53 • 25 Yanvar 2021
Vaksinlər bu səbəbdən yenisi ilə əvəz oluna bilər

"Cənubi Afrikada ortaya çıxan mutant koronavirusa hazırda istehsal olunan peyvəndlərin effektiv təsir göstərməyəcəyi ilə bağlı xeyli məlumat var. Bu, bəzi vaksinlərin yenilənməsinin və vaksinasiya prosesinin yenidən aparılmasının lazımlı olacağını göstərir”.


Bu sözləri Cənubi Afrikada meydana gələn mutant koronavirusun vaksinasiyaya təsirlərindən danışan türkiyəli professor Serhat Ünal deyib.


Professor bildirib ki, peyvəndin koronavirusa qarşı təsirini ölçmək üçün virusdan cisimlər götürülür və laboratoriyada qarşılıqlı müqayisə edilir: "Eyni test yeni mutant virusa da tətbiq edilir. Məlum olub ki, hazırkı peyvənd koronavirusun yeni növünü on qat daha az miqdarda bloklayır. Bu isə müqavimətin əvvəlkindən 10 dəfə az təsirli olduğunu göstərir. Bununla yanaşı, mutant virusun hüceyrəyə başqa bir yolla daxil ola biləcəyi də iddia edilir”.



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd edilib ki, vaksinin effektivliyində 8 qat azalma olduğu təqdirdə, tətbiq olunan peyvəndin götürülərək yenisi ilə əvəz olunması şərtdir. Cənubi Afrika mutantında isə 10 qat azalma qeydə alınıb.


S.Ünal əlavə edib ki, "Sinovac” və təsirsiz hala gətirilmiş peyvəndlərin bu mərhələdə göstərəcəyi effekt hələ ki, müəyyən edilməyib. Bu istiqamətdə araşdırmalar aparılır./Publika.az

Xəbər lenti